"Philips" şirkəti, Çindəki zəif tələbat səbəbindən 2024-cü il üçün satış proqnozunu əhəmiyyətli dərəcədə aşağı salıb.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, şirkət bu ilki maliyyə hesabatında, 2023-cü illə müqayisədə demək olar ki, heç bir satış artımı gözləmədiyini bildirdi. Nəticədə, "Philips" səhmləri 16.9% dəyər itirdi.
Şimali Amerikada müqayisə edilən satışlar 1%, Qərbi Avropada isə 3% artım göstərdi. Lakin Çin bazarında satışlar 10% azalaraq ümumi nəticələrə mənfi təsir etdi və digər bölgələrdəki artımı kompensasiya etdi.
Satışların azalmasına baxmayaraq, "Philips"in xalis mənfəəti rübdə iki dəfə artaraq 181 milyon avroya, düzəliş edilmiş mənfəət (EBITA) isə 13% artaraq 516 milyon avroya çatıb. Şirkət zəif nəticələrin əsas səbəbi kimi Çin bazarını göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.