Pepsi çərşənbə axşamı maliyyə hesabatını açıqlayacaqdır.
FED.az bu mövzu ilə bağlı "ASSIST Finance" şirkətinin ekspertlərindən rəy alıb. Onların fikirlərinə görə, il üzrə analizlər hədəf qiymətinin 180 dollar olmasına baxmayaraq, treyderlər tələsmirlər, çünki gəlir artımının azalacağı proqnozlaşdırılır.
Beləliklə, 21%-lik gəlir artımı, 8%-ə düşərsə, qiymətdə ciddi trend müşahidə edilməyəcəkdir, deyə proqnozlaşdırılır. Hazırda 168 dollar-a ticarət edilən bir səhmin qiyməti üçün ən azı 15%-ın üzərində artım açıqlanmalıdır ki, 174 dollar önəmli müqavimət səviyyəsi yuxarı qırıla bilinsin, çünki sektor üzrə inkişaf proqnozu 15.2% civarında dəyişir.
ASSIST Finance-in ekspertləri, bu hesabatın açıqlanmasının bazar iştirakçıları üçün strateji qərarların verilməsi baxımından kritik əhəmiyyət kəsb etdiyini bildirirlər.
Qeyd edək ki, siz də "ASSIST Finance" vasitəsilə maliyyə bazarında öz yerinizi tuta bilər, yerli və xarici səhmlərə, istiqrazlara yatırım edə, həmçinin birja ticarəti ilə gəlirlərinizi yüksəldə bilərsiniz.