İyulun 6-7-də Bakıda regionun əsas investisiya və startap tədbiri olan “Bakı İnvestisiya Günü” (“Baku ID”) keçiriləcək.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) FED.az-a bildirilib ki, tədbirdə regionun ən yaxşı startap layihələri ilə yanaşı, beynəlxalq startaplar, investorlar, partnyorlar, icma üzvləri - bir sözlə, innovasiya şəbəkəsinin bütün üzvləri iştirak edəcək.
Həmçinin tədbirdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva “Gələcək ekosistemin inşası üçün proqramlar və hökumət dəstəyi”; beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis - “Çətinlikdən zirvəyə: şəxsi çətinlikləri dayanıqlılığa çevirmək”; məsləhətçi İqor Ovçarenko: “Tükənmişlikdən balansa doğru: yüksək stresli karyeralarda möhkəm qalmağın sirri” panellərində çıxış edəcəklər.
Tədbirdə eyni zamanda İRİA stendi də yer alacaq və burada iştirakçılara Agentliyin təqdim etdiyi layihələr, proqramlar və təşəbbüslər barədə ətraflı məlumat veriləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.