"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 40 milyard 988 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 17 milyard 718 milyon manat və ya 76,1% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 733,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyard 37 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1 milyard 568 milyon manat, səhmlər üzrə dövriyyəsi 4,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 28,6 milyard manat olub.
Cari dövrdə «PAŞA Kapital»ın dövlət istiqrazları üzrə dövriyyəsi 6 milyard 35 milyon manat (150,8% və ya 2,5 dəfə), repo əməliyyatlarının dövriyyəsi 11 milyard 950 milyon manat (71,6%), korporativ istiqrazları üzrə dövriyyəsi 358,6 milyon manat (29,7%), səhmlər üzrə dövriyyəsi isə 2 milyon manat (68,1%) artıb.
Hesabat dövrünün nəticələrinə görə, «PAŞA Kapital»ın əməliyyatlarının sayı 1,281 ədəd (19,6%) artımla 7,822-ə bərabər olub.











