31 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayteri olduğu Kapital Bank ASC-nin 20 milyon dollar həcmində istiqrazlarının hərracı uğurla həyata keçirilmişdir.
Fiziki investorların xüsusi aktivliyi ilə seçilən növbəti uğurlu anderraytinq layihəsinin nəticələri aşağıdakı kimidir:
- İnvestor sayı: 179, 2 nəfər hüquqi, 177 nəfər fiziki şəxs;
- Ümumi sifariş sayı: 193;
- PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin sayı: 172;
- PAŞA Kapital vasitəsilə yerləşdirilən sifarişlərin həcmi: 19, 690, 800 ABŞ dollar;
- Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin sayı: 7;
- Digər investisiya şirkətləri tərəfindən yerləşdirilən sifarişlərin həcmi: 309, 200 ABŞ dollar.
Fiziki şəxslərin bu istiqrazlara olan marağı Azərbaycan kapital bazarlarında investisiya əməliyyatlarına olan marağın müsbət dinamikasından xəbər verir.
Qeyd edək ki, PAŞA Kapital-ın anderrayteri olduğu Kapital Bank istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7% təşkil edir. İstiqrazların ödəniş dövrü aylıq, tədavül müddəti isə 7 ildir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.