“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət ötən il 2 milyon 46 min manat faiz gəliri əldə edib. Faiz xərclərinin həcmi əvvəlki illə müqayisədə 1 milyon 641 min manat (2,4 dəfə) azalaraq 2 milyon 810 min manata düşüb.
2025-ъи илин йекунунда xalis faiz gəliri 2 milyon 345 min manat olub ki, bu da, illik müqayisədə 690 min manat (41,7%) çoxdur.
Ютян ил «PAŞA Kapital»ын qeyri faiz gəlirləri 7 milyon 265 min manat (651 min manat / 9,8% çox), qeyri-faiz xərcləri 6 milyon 368 min manat (975 min manat / 18,1% çox) təşkil edib.
Şirkət ötən il vergi ödənişini 74 min manat (11,8%) artıraraq 699 min manata çatdırıb вя или 2 milyon 542 min manat халис мянфяятля баьлайыб. Bu mənfəətdən 393 min manat sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnifləşdirilməli olan xalis digər ümumi zərərin payına düşüb. Nəticədə “PAŞA Kapital İnvestisiya Şirkəti” 2025-ci ili 2 milyon 149 min gəlirlə başa vurub.
Ötən il şirkətin aktivlərində artım müşahidə olunub. Belə ki, aktivlərin həcmi 709 min manat (1,1%) artaraq 64 milyon 782 min manata yüksəlib.
Eyni zamanda öhdəliklərin həcmi də azalıb. Ötən il şirkətin öhdəliklərinin həcmi 46 milyon 118 min manat təşkil edib ki, bu da, illik müqayisədə 1 milyon 440 min manat (3%) azdır.
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin kapitalının həcmi son bir ildə 2 milyon 149 min manat və ya 13% artaraq 18 milyon 664 min manata yüksəlib.








![“PAŞA Kapital” ötən il böyüyüb – MƏNFƏƏTİ ARTIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3346461.png)
![“PAŞA Kapital” ötən il böyüyüb – MƏNFƏƏTİ ARTIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4207155.jpg)
![“PAŞA Kapital” ötən il böyüyüb – MƏNFƏƏTİ ARTIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4621367.jpeg)








