«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 76%-dən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 18,4 milyan manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 7,9 milyard manat və ya 76% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyə 1,3 milyard manat, dövlət istiqrazları üzrə dövriyyəsi 2,9 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 849,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 13,2 milyard manat, səhmlərin dövriyyəsi isə 1,2 milyon manat olub.
Cari ildə il « Paşa Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 18,6% (406,2 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 2,6 dəfə (527 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 2,3 dəfə (7,4 milyard manat) artıb.
Bu ilin 8 ayı ərzində «Paşa Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 581 ədəd və ya 15,1% artaraq 4 423-ə yüksəlib.