PAŞA Kapital, Azərbaycanda mikromaliyyə sahəsində 25 ildən artıqdır ki, uğurla fəaliyyət göstərən "FINCA Azerbaijan"ın 3 milyon AZN həcmində istiqrazlarının yerləşdirilməsini elan edir.
Ümumi sayı 30 000 ədəd olan istiqrazların əsas xüsusiyyətləri:
- Nominal dəyər: 100 AZN;
- Gəlirlilik faizi: İllik 15%;
- Faiz ödənişi: Rüblük;
- Tədavül müddəti: 24 ay;
- Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş;
- Yerləşdirilmə üsulu: Hərrac
İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli Çağrı Mərkəzinə və yaxud onlayn ticarət platforması vasitəsilə müraciət edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.
Qeyd edək ki, "FINCA Azerbaijan" maliyyə inklüzivliyi sahəsində zəngin təcrübəsi və qlobal şəbəkənin dəstəyi ilə müştərilərinə maliyyə hədəflərinə çatmaq və daha parlaq gələcək qurmaq üçün etibarlı alətlər təqdim edir. Şirkət ölkədə kənd sahibkarlarının və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirməklə müştərilərinə vacib mikrokredit məhsulları, xidmətlərini təqdim edir və onların həyat standartlarını yaxşılaşdırır, maliyyə sağlamlığını və dayanıqlılığının təmin edilməsinə dəstək göstərir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.