Bu ilin yanvar-sentyabr aylarında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları ilə 1 milyard 256,3 milyon manatlıq ticarət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin ARMB qiymətli kağızları ilə ticarətinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 559 milyon manat və ya 80,2% artıb.
Bundan başqa, hesbat dövründə şirkəti səhmlərlə ticarətinin həcmi 1 milyard 492,1 milyon manata yüksəlib. Bu da, illik müqayisədə kəskin – 1 milyard 487,5 milyon manatlıq (325 dəfə) artım deməkdir.
Şirkətin cəmi əməliyyatlarının sayı 49 min 531 olub ki, bu da, illik müqayisədə 42 min 996 vahid (7,6 dəfə) çoxdur.














