30 may 2024-cü il tarixində PASHA Yatırım Bankası A.Ş.-nin 25 000 000 ABŞ dolları həcmində istiqrazları Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilmişdir.
FED.az xəbər verir ki, istiqrazların əsas anderrayteri kimi isə PAŞA Kapital İnvestisiya Şirkəti QSC çıxış edib.
Xatırladaq ki, nominal dəyəri 1 000 ABŞ dolları olan qiymətli kağızlar sənədsiz, adlı, faizli, təmin edilməmiş xüsusiyyətlərinə malikdir. İnvestorlar ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir istiqrazlardan gəlir əldə edə biləcək.
Gəlirliliyə gəldikdə isə, investorlara illik 6,19% təmin edəcək bu istiqrazların faiz ödənişindən Türkiyə Respublikasının qanunvericiliyinə əsasən 3% ödəmə mənbəyində vergi (ÖMV) tutulacaqdır. Yerli qanunvericiliyə əsasən hesablanan vergi məbləğini nəzərə alaraq qeyd edə bilərik ki, hüquqi şəxslərin gəliri 6.00%, fiziki şəxslərin gəliri isə 5.40% təşkil edəcəkdir.
Baş tutan yerləşdirmədə 9 sifariş qeydə alınıb və 25 000 000 ABŞ dolları həcmində qiymətli kağız reallaşdırılıb. Qeyd edək ki, istiqrazlar üzrə gəlir faizlərinin ödəmə tarixi 30 noyabr 2025-ci il təyin edilib.
Yüksək gəlirli investisiya imkanları və maliyyə bazarlarında etibarlı vasitəçi xidməti ilə maraqlanan şəxslər PAŞA Kapital-a müraciət edə bilər. İnvestisiya şirkətinin peşəkar komandası investisiyadan vəsaitinin dəyərini qorumaq istəyən və ya yüksək gəlir hədəfləyən müştərilərinə konsultasiyalar təqdim edir, onların maliyyə hədəflərini reallaşdırmağa dəstək olur. Şirkət investorlara həm yerli, həm də beynəlxalq maliyyə bazarlarına çıxış təmin edir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 1548