Paris Fond Birjasında hərraclar ardıcıl ikinci gündür ki, “qırmızı zona”da bağlanıb və əsas CAC 40 indeksinin dəyərinin 4,78% azalaraq 6 927,12 bənd təşkil edib.
FED.az xəbər verir ki, Paris birjasında səhm qiymətində ən böyük eniş su təchizatı və enerji sahəsində ixtisaslaşmış «Veolia» şirkətində (-8,12%) müşahidə olunub.
Ticarətlərin bağlanışında Paris Birjasının anti-reytinqində də birinci yerdə «Safran» (-7,79%), «Air Liquide» (-7,27%), «Airbus» (-6,88%) və «Michelin» (-6,53%) kimi şirkətlər yer alıb.
CAC 40 indeksindən kənarda Eyfel Qülləsinin İdarəetmə Şirkətinin (EIFF) səhmləri 15,61% ucuzlaşıb.