Aprelin 16-da Bakı vaxtı ilə saat 16:16-da qızılın bir unsiyasının qiyməti 3.307,3 ABŞ dollarına çatdı.
Goldman Sachs qızılın qiymət proqnozunu artırdı - 4 000 DOLLAR!
FED.az xəbər verir ki, bu gün ərzində 85,03 dollar və ya 2,64% artım deməkdir. Gümüş də yüksəliş trendinə qoşulub – bir unsiya üçün qiymət 32,99 dollara yüksəlib ki, bu da 0,68 dollar və ya 2,12% artıma bərabərdir.
Bu artım yalnız cari bazar hadisələri ilə deyil, həm də uzunmüddətli tarixi meyllərlə əlaqələndirilir. Qızıl 2011-ci ildə 2000 dollar səviyyəsinə çataraq zirvəyə qalxmış, sonradan ucuzlaşsa da, 2016-cı ildən etibarən stabilləşərək yeni bir yüksəliş dövrünə qədəm qoymuşdur. Bu, uzunmüddətli artım trendinin davam etdiyini göstərə bilər.
Goldman Sachs da daxil olmaqla aparıcı banklar 2026-cı ilin ortalarında qızılın qiymətinin 4000 dollara yüksələcəyini proqnozlaşdırırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.