Banner

Birja

Palata qiymətli kağızlar bazarının - İCMAL GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

Palata qiymətli kağızlar bazarının - İCMAL GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI | FED.az
12:23 7 May 2019

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 milyard 663.5 milyon manat həcmində əməliyyat aparılıb.

FED.az xəbər verir ki, əməliyyatların 73.2%-i (4 milyard 144.8 milyon manat) ilkin bazarda, 26.8%-i (1 milyard 518.7 milyon manat) isə təkrar bazarda aparılıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 milyard 103.2 milyon manata) artıb.

Korporativ qiymətli kağızlar

2019-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3.3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 mln. manata çatıb. Ümumilikdə,  ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.

Eləcə də bax: Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir

Dövlət qiymətli kağızları

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 608.2 mln. manat) artaraq 3 671.8 mln. manat təşkil edib. Bunun 227.5 mln. manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 444.3 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8 mln. manat və 3 363.1 mln. manat məbləğində yerləşdirmə olub.

Repo və əks-repo əməliyyatları

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 mln. manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92.6 mln. manat təşkil edib.

2019-cu ilin I rübü üzrə qiymətli kağızlar bazarına dair statistik məlumatlar icmal göstəricilərdə öz əksini tapıb.

 






 

Digər xəbərlər

Banner