2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 33 emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasında ASCO istiqrazları üzrə - "AÇILIŞ ZƏNGİ" OLUB
FED.az xəbər verir ki, bunu bu gün AMB-nin Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-nin istiqrazları üzrə abunə yazılışının uğurla başa çatmasına həsr olunmuş media brifinqində deyib.
"Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir, təkcə AMB-nin deyil, bazarın bütün iştirakçılarının birgə səyləri nəticəsində əldə edilmiş nailiyyətdir", - o qeyd edib. (Trend)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür