Ötən həftə ən çox bahalaşan əmtəə məhsulu 9,4% qiymət artım ilə palladium olub.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (13-18 noyabr,2023)
FED.az xəbər verir ki, əmtəə bazarında ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artırması prosesinin sonuna çatmış ola biləcəyi gözləntiləri ilə qiymətli metallarda artım ön plana çıxıb. Ötən həftə qızıl 2,2%, gümüş 6,8%, platin isə 6,8% dəyər qazanıb. Əvvəlki həftələrdə kəskin ucuzlaşan palladium isə keçən həftə 9,4 faiz baalaşıb.
Analitiklər, ABŞ-da inflyasiyanın gözlənildiyindən daha çox səngiməsi və bununla əlaqədar olaraq FED-in faiz artırmaqda sona çatması ilə bağlı artan gözləntilərin qiymətli metalları, xüsusilə də qızılın qiymətlərini dəstəklədiyi qənaətindədir. Əsas metallara nəzər salsaq, keçən həftə mis 3,9 faiz, qurğuşun isə 4,4 faiz bahalaşıb, alüminium 1,4 faiz, nikel 2,3 faiz və sink 0,5 faiz ucuzlaşıb.
FED-in pul siyasətinin sona çata biləcəyinə dair proqnozlar gücləndikcə mis tələbinə dair ümidlər artsa da, iqtisadiyyatlardakı yavaşlama siqnallarının durğunluğa çevrilə biləcəyi ilə bağlı narahatlıqlar bəzi metallara mənfi təsir edir. Keçən həftə enerji məhsullarının qiymətləri düşmüşdü.
Ötən həftə Çikaqo Ticarət Birjasında ticarət edilən buğda 0,4 faiz, qarğıdalı 4,6 faiz, düyü isə 4 faiz bahalaşıb, soya 0,3 faiz ucuzlaşıb.
Öən həftə ən çox dəyər qazanan əmtəə məhsulu olan paladiumun 7 mart 2022-ci ildə unsiyası 3 min 435 dollar olmaqla ən yüksək səviyyəyə çatmışdı. Sonrada davamlı olaraq ucuzlaşmış, noyabrın 10-da 949 dollaradək düşmüşdü.
İlin sonuna yaxınlaşdıqca investorlar və treyderlər tərəfindən mövqelərin bağlanması baş verir.
Palladium dizel və benzinlə işləyən avtomobillərin katalitik sistemlərində istifadə olunur. Elektrikli avtomobillərin satışı artdıqca onların istifadəsi azalacaq. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.