Dünyanın ən böyük texnolgiya şirkətlərindən olan «Oracle»ın təsisçisi Larri Ellison bir gün ərzində təqribən $25 milyard itirib.
FED.az xəbər verir ki, iki gün əvvəl şirkətin səhmlərinin kəskin ucuzlaşması baş verib. «Oracle»ın səhmlərinin təqribən 40%-i Larri Ellisonda olduğuna görə, onun sərvəti də 25 milyard dollar azalıb. Azalmaya səbəb Ellisonun oğlunun «konfliktli» alqı-satqı prosesinə başlamasıdır.
Söhbət «Warner Bros» studiyasının satışından gedir. Bu şirkəti 2 başqa şirkət almaq istəyir - «Netflix» və Ellisonun oğluna məxsus «Paramount Skydance» şirkətləri.
Bir neçə gün əvvəl «Netflix» elan edib ki, o «Warner Bros» studiyasını 72 milyard dollara alıb. Amma Ellimonun oğlu David Ellison bildirib ki, buna mane olacaq və «Warner Bros»un 108 milyard dollara da olsa almaq niyyətindədir. O bu məbləğlə «Warner Bros»un indiki səhmdərlarını şirnikdərmək istəyir. Məsələ ABŞ prezidentinə qədər böyüyüb – hətta Donald Tramp bildirib ki, «Warner Bros» studiyasınının «Netflix» tərəfindən alışı problemli görünür.
İstənilən halda «satış müharibəsi» elan edilən kimi, «Oracle»ın səhmləri 11% ucuzlaşaraq 223 dollardan 190 dolara enib. Sonradan bir qədər artaraq 198 dollarda dayanıb.
Hazırda Ellisonun sərvəti 202 milyard dollardır, azalmaya baxmayaraq, bu rəqəm ilin əvvəli ilə müqayisədə 2 dəfə artıqdır.
Xatırladaq ki, sentyabrda «Oracle»ın səhmləri kəskin – bir gündə 36% bahalaşmışdı və həmin vaxt Ellisonun sərvəti bir gündə 100 milyard dollar artaraq 393 milyard dollara yüksəlmişdi, nəticədə o bir neçə günlüyə də olsa sərvətin həcminə görə İlon Maskı üstələmişdi (həmin vaxt Maskın sərvəti 385 milyard dollar idi).
İndi isə vəziyyət dəyişib - İlon Maskın sərvətinin ümumi həcmi 462 milyard dollardır və o ən varlı şəxs sayılır.











