Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2018-ci ildə “qara qızıl” bazarında tələb və təklif arasında balans yaranacağını gözləyir.
Fed.az Reporta istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.
Sənəddə deyilir ki, balansın bərpa olunması OPEC-ə daxil olan və olmayan ölkələrin neft hasilatının azaldılması istiqamətində gördüyü tədbirlər nəticəsində mümkün olacaq.
Qeyd edək ki, OPEC üzvlərinin 2018-ci ildə gündəlik neft hasilatının 33,2 mln. barrel təşkil edəcəyi proqnozlaşdırılır.