Danimarka Mərkəzi Bankı, Bitcoin-ə investisiya qoymaq istəyənləri risklərə qarşı hazırlıqlı olmağa çağırıb və ehtimal olunan itkilər halında maliyyə bazarı tənzimləyicilərini ittiham etməmələri lazım olduğunu söyləyib.
Danimarka Mərkəzi Bankının sədri Lars Rohde, həftənin əvvəlində dövlət televiziyasına verdiyi müsahibəsində, kripto pul haqqında, "Ölümcül Bitcoin-dən uzaq durmalısınız" deyib.
Rohdenin açıqlaması, ilin əvvəlindən bu yana dəyəri 1800 faizdən çox artan Bitcoinin bir "köpük" olduğuna dair narahatlıqları dəstəkləyib.
Mərkəzi Bankın sədri, xəbərdarlıqlara məhəl qoyan investorların, mümkün itkilər halında hər hansı bir rəsmi qurumdan yardım almayacaqlarını qeyd edib.
Bitcoinin nəzarət olunmayan bir bazar olduğuna diqqət çəkən Rohde, işlərin tərs getməsi halında kripto pul investorlarının rəsmi orqanlara şikayət etməməyi məsləhət görüb.
Avropa dövlətləri astronomik artım nisbətləri qeyd edən Bitcoin-ə qarşı hərəkətə keçməyə hazırlaşır. Fransanın iqtisadiyyat naziri, növbəti il Argentina rəhbərliyi altında fəaliyyət göstərəcək G20 qrupuna Bitcoini tənzimləmək təklifinin veriləcəyini açıqlamışdır.