13 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.10.2026-cı il tarixində keçiriləcək.
Məlumata görə, söhbət 2 milyon manat həcmində, 20 min ədəd, ilkin ticarət qiyməti 100 manat olan, AZ2017019202 Dövlət Qeydiyyat Nömrəli – İSİN, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir.
İstiqrazın illik faiz gəliri 15%-dir, tədavül müddəti 18 aydır. İstiqrazlar üzrə hesablanmış faizlər, ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcək.
İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti" QSC-dir.














