Süni intellekt dövrünün yüksəlişi fonunda texnologiya sektoru yenə də əsas güc kimi qalır. Bu mənzərədə NVIDIA ən önəmli oyunçulardan birinə çevrilib.
Ekspert: “Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”
FED.az xəbər verir ki, pandemiya illərindən başlayaraq həm oyunçulara, həm kripto valyuta mədənçilərinə, həm də AI həvəskarlarına avadanlıq satan şirkət, dünən tarixi bir uğura imza atdı – dünyanın dəyəri 4 trilyon dolları keçən ilk şirkəti oldu.
Məlumata görə, şirkətin bazar dəyəri qısa müddətlik 4 trilyon dolları keçsə də, günün sonunda 3.97 trilyon dollarda qərarlaşıb. Bununla belə, Microsoft (3.7 trilyon) və Apple (3.1 trilyon) kimi texnologiya nəhənglərini geridə qoymağı bacaran NVIDIA-nın bu sərhədi yenidən keçəcəyi və sabit şəkildə qoruyacağı gözlənilir.
NVIDIA-nın bu yüksəlişi həm təəccüblü, həm də gözlənilən nəticə sayılır. Apple 3 trilyon dollarlıq həddi üç il əvvəl keçmişdi, NVIDIA isə cəmi iki il əvvəl 1 trilyon dollara çatmışdı. CFRA analitiki Anjelo Zino səhmlərin yaxın 1 ildə 196 dollara qədər yüksələcəyini, bununla da şirkətin dəyərinin 4.8 trilyon dollara çatacağını proqnozlaşdırıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.