Dünən ABŞ-ın aparıcı şirkətlərinin səhmlərinin bağlanış qiymətləri fərqli istiqamətlərdə dəyişikliklər göstərib.
Qlobal bank 2025-ci ilin sonu üçün qızıl proqnozunu yenilədi
FED.az xəbər verir ki, ən çox bahalaşan səhmlər arasında NVIDIA şirkəti ön planda olub. Onun səhmləri 2,63% artaraq ən güclü yüksəlişi nümayiş etdirib.
Digər tərəfdən, Amazon.com və Johnson & Johnson şirkətləri günün ən çox ucuzlaşan səhmləri olub. Amazon səhmləri 0,73%, Johnson & Johnson isə 0,70% dəyər itirib.
Ümumi mənzərəyə baxdıqda, səhmlərin qiymətində həm müsbət, həm də mənfi dəyişikliklər müşahidə olunur. Apple (+1,27%), Meta Platforms (+1,11%) və Tesla (+0,03%) kimi nəhənglər müsbət nəticələr göstərsə də, Microsoft, Alphabet (Google) və Visa kimi şirkətlərin səhmlərində cüzi eniş qeydə alınıb.
Bu dəyişikliklər investorlar üçün bazarda fərqli trendlərin olduğunu və texnologiya sektorunda bəzi şirkətlərin yüksəlişə meyilli olduğunu göstərir.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
244,60 |
+1,27 |
2 |
Amazon.com |
228,68 |
-0,73 |
3 |
Meta Platforms |
736,67 |
+1,11 |
4 |
Berkshire Hathaway |
479,59 |
-0,19 |
5 |
Visa |
353,81 |
-0,51 |
6 |
Johnson & Johnson |
156,15 |
-0,70 |
7 |
Microsoft |
408,43 |
-0,51 |
8 |
Alphabet (Google) |
186,87 |
-0,54 |
9 |
Tesla |
355,84 |
-0,03 |
10 |
NVIDIA |
138,85 |
+2,63 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündü