Amerikanın çip istehsalçısı Nvidia şirkəti, Wall Street-də səhm ticarətinin həcminə görə, İlon Maskın Tesla şirkətini ötüb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (12-16 fevral, 2024)
FED.az xəbər verir ki, şirkətin səhmlərinə olan marağı, onun rüblük maliyyə hesabatlarında qeyd olunan pronoqzlar gücləndirib.
Nvidia yüksək səviyyəli süni intellekt (AI) çipləri bazarının təxminən 80%-nə nəzarət edir. Fevralın 12-də Nvidia-nın bazar kapitallaşması Amazon və Alphabet-i geridə qoyaraq, Wall Street-də Microsoft və Apple-dan sonra üçüncü ən dəyərli şirkət olub.
Fevralda Nvidia səhmlərinin bazar dəyəri bir il əvvəlki 540 milyard dollardan 1,8 trilyon dollara yüksəlib. Eyni zamanda, 2024-cü ilin əvvəlindən şirkətin səhmləri 47% bahalaşıb ki, bu da S&P 500-ə daxil olan emitentlər arasında ən böyük artım olub.
Tesla elektrik avtomobillərinə zəif tələbat və Çin istehsalçılarının artan rəqabəti ilə mübarizə apardığı üçün, səhmləri də 2024-cü ildə 20% ucuzlaşıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.