"Nvidia Corp." şirkətinin Baş İcraçı Direktor Jensen Huang, şirkətinin məhsullarına, xüsusən də Blackwell adlı yeni nəsil çiplərinə tələbatın çox yüksək olduğunu və bunu qarşılamaq üçün əllərindən gələni etdiklərini bildirib.
“Nvidia” 279 milyard dollarlıq rekord itki ilə üzləşib
FED.az xəbər verir ki, San-Fransiskoda Goldman Sachs-ın texnologiya konfransında danışan Huangın açıqlaması Nvidia-nın səhmlərinin bahalaşmasına səbəb olub. Son 24 saat ərzində 8%-dən çox, son 5 gündə isə 11%-dən çox bahalaşaın Nvidia səhminin qiyməti 117 dollara yüksəlib.
Nvidia səhminin qiyməti 135 dollaradək yüksəldikdən sonra sentyabrın əvvəlində qiyməti 101 dollar səviyyələrinədək geriləmişdi. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.