Nvidia aprel rübünün nəticələri ilə dünyanın yüksək gözləntilərini yerinə yetirdi.
“Nvidia” dünyanın ən böyük çip istehsalçısı olub
“Gələcək sənaye inqilabı başlayıb,” deyə CEO Jensen Huang çərşənbə günü gəlir hesabatını açıqladıqdan sonra bildirdi. “Şirkətlər və ölkələr, trilyon dollar dəyərində olan ənənəvi məlumat mərkəzlərini sürətlənmiş hesablama ilə dəyişdirmək və yeni bir növ məlumat mərkəzi və suni intellekt fabrikləri yaratmaq üçün Nvidia ilə əməkdaşlıq edirlər” deyə Jensen Huang əlavə edib.
FED.az xəbər verir ki, şirkətin birinci rübdə satışları 262% artaraq 26 milyard dollara çatıb. Bu əvvəlki illə müqayisədə 18% daha çoxdur. Nağdsız xərclər nəzərə alınmadan qazanc hər bir səhm üçün 6,12 dollar təşkil edib.
Hər iki rəqəm Wall Street-in proqnozlarını asanlıqla üstələyib. Analitiklər 24,6 milyard dollar satış və səhm başına 5,60 dollar gəlir proqnozlaşdırmışdılar.
İyul rübü üçün isə gəlir proqnozu 28 milyard dollar səviyyəsində müəyyən edilmişdir. Bu, Wall Street-in 26,6 milyard dollarlıq orta hesablamasını üstələyir.
Nvidia çipləri indi süni intellekt platformaları üçün şübhəsiz zərurətə çevrilib. Şirkətin bulud hesablama məlumat mərkəzlərinə satışları 5 dəfədən çox artaraq 22,6 milyard dollara çatıb ki, bu da ümumi gəlirin təxminən 87%-ni təşkil edir.
Hesabatdan sonra şirkətin səhminin qiyməti 5% artdı. Hal hazırda şirkətin səhminin qiyməti 949,50 dollardır və şirkətin bazar dəyəri 2,3 trilyon dolları keçib.