Bir neçə gün əvvəl 5 trilyon dollarlıq həddi keçməklə dünyanın ən bahalı şirkətinə çevrilən «Nvidia»nın rəhbəri dünyada o qədər məşhurdur ki, onun bir naharı iri şirkətlərinin qiymətini uçurda bilir.
FED.az xəbər verir ki, Koreyanın qızardılmış toyuq restoranları şəbəkəsi – «Kkanbu Chicken»nun səhmləri bir gündə 20% bahalaşıb.
Bloomberg xəbər verir ki, «Nvidia»nun CEO-su Censen Huang Cənubi Koreyaya səfəri zamanı paytaxt Seulda «Samsung» və «Hyundai» kimi şirkətlərin yüksək səviyyəli rəhbərləri ilə görüşüb.
Bu görüşün özü əhəmiyyətli hadisədir, amma, onun faydasını «Nvidia», «Samsung» və «Hyundai»dan əvvəl restoranın sahibi olan «Kkanbu Chicken» hiss edib.
«Nvidia»nun CEO-su Censen Huangın yerli fast-fuddan - bir neçə pivə ilə ədviyyatlı toyuqdan həzz aldığı foto və videolar dünyada viral olub.
Nəticədə bu səhər KOSDAQ-da qeyd olunan Koreya qızardılmış toyuq brendlərinin səhmləri 20-30% bahalaşıb.
KFC-nin başqa bir növü
Censen Huanq «Kkanbu Chicken»də «Samsung» və «Hyundai» rəsmiləri ilə fotosessiya edib. Xarici ölkələrə səfər zamanı belə qeyri-rəsmi görüşlər Nvidia rəhbəri üçün adətə çevrilib. Hətta Huang restoranın girişində jurnalistlərə "Həqiqətən bu sağlam qidadır, elə deyilmi?» deyə zarafat edib. Amma bu zarafat Koreyanın fond bazarında böyük artıma səbəb olub.
«Jensenity - Xuanın qızıl toxunuşu»
Nvidia rəhbərinin hər hansı hərəkəti nəticəsində səhmlərin artması artıq adi hala çevrilib və bunu zarafatla «Jensenity – qızıl toxunuş» adlandırırlar.
Ən maraqlısı budur ki, qonaqlığın baş verdiyi «Kkanbu Chicken» səhmdar şirkət olmasa da, onun səhmdar rəqibləri belə bahalaşıb. Belə ki, şirkətin əsas rəqibi olan «Kyochon F&B»un səhmləri birjada 20%, quşçuluq şirkəti «Cherrybro Co»nun səhmləri isə 30% bahalaşıb. Viruslu fast-food qarşılaşmasının digər bir faydası toyuq qovurma robotlarının istehsalçısı «Neuromeka» olub.
Qeyd edilir ki, Koreyalı investorlar adətən mədəni, siyasi və meme ilə əlaqəli hadisələr fonunda qısamüddətli qazanc əldə etmək üçün riskli ticarətə meyllidirlər.
Bloomberg buna misal kimi ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya bu yaxınlarda etdiyi səfərdə ev sahibinin qələmini təriflədiyini və bu, yerli qələm istehsalçısı «MonAmi Co» şirkətinin səhmlərinin artmasına səbəb olduğunu göstərir.
Bəs Nvidia rəhbəri Koreyada nə edirdi?
«Nvidia» CEO-sun həmin axşam həm pivəni, həm də bütün Cənubi Koreya texnologiya sektorunu «qaldırıb». «Nvidia»” Cənubi Koreya hökuməti və ölkənin nəhəng korporasiyaları olan “Samsung Electronics”, “Hyundai Motor Group” və “SK Group” ilə milli süni intellekt infrastrukturunun inkişafı üçün 260 mindən çox akseleratorun tədarükü barədə razılıq əldə edib.













