14 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,26% - 7,99%-dir.
Xəbər verdiyimiz kimi, 07.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.6 milyon manat təşkil edib.