9 dekabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 501000986S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 99.4974 (6.49%) və 99.5351 (6.01%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 438 milyon 779 min 900 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 (6.01%), orta ölçülmüş qiyməti is 99.5351 (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 06.01.2020-ci ildir.