8 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4959 AZN (6.76%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 552 milyon 884 min 500 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4959 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4959 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 04.06.2019
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.