21 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
FED.az xəbər verir ki, notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si |
50100489S |
Hərraca çıxarılan həcm |
200 000 000 manat |
Notun nominal dəyəri |
100 manat |
Notların tədavül müddəti |
27 gün |
Ödəmə tarixi |
17.02.2021 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-nə qədər artırıla bilər.
Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir. Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu 99.5339- 99.5702 təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.