13 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
FED.az "marja.az"-a istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət qeydiyyat №-si |
50103276S |
Hərraca çıxarılan həcm |
170 000 000 AZN |
Notun nominal dəyəri |
100 АZN |
Notların tədavül müddəti |
28 gün |
Ödəmə tarixi |
12.12.2019 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.