Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərracda tələb təklifi 3 dəfəyə yaxın üstələyib.
FED.az xəbər verir ki, bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101976S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.5158 manat (6.26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595 609 200.00 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 manat (6.26%), orta ölçülmüş qiyməti 99.5158 manat (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln manat təşkil etmişdir.
Notların ödəmə tarixi 02.10.2019