Norveçli bir gəncin Bitkoin-ə 26 dollar dəyərində qoyduğu investisiya günümüzdə 65 milyon dollar dəyər qazanıb.
FED.az xəbər verir ki, “NRK” xəbər agentliyinin məlumatına görə, Kristofer Kox şifrələmə və kriptovalyuta haqda düşünüb rəqəmsal valyutanı kəşf etdiyini və cüzi yatırımla marağına güc gəlmək üçün kriptovalyuta bazarına girdiyini bildirib.
26 dollara 5 min Bitkoin alan norveçli Kristofer Kox ilk olaraq 2013-cü ildə Bitkoin-in mediada məşhurlaşması ilə qoyduğu investisiyanı xatırlayır. Pullarının 850 min dollara çatdığını öyrənir.
İndiki halda isə həmin Bitkoin-lərin ümumi dəyəri 65 milyon dollar civarındadır.
Bu cür oxşar hadisələr heç də az baş verməyib. Bitkoin-lə qısa müddətdə milyonçuya çevrilən kifayət qədər şəxs var.
Bitkoin-ə hər şeyini sataraq investisiya qoyan Didi Taihhuttu ətrafındakı insanlar tərəfindən ciddi qəbul olunmurdu. Sonradan isə onun qoyduğu vəsait öz qiymətindən bir neçə dəfə artıq dəyər qazandı.
Kripto.az©