5 avqust 2024-cü il tarixdə saat 11:00-da “Norm” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının iclası keçiriləcək.
FED.az xəbər verir ki, AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi;
2. Cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərə dair müzakirələrin aparılması.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.