«Jio Platforms» ildırım sürətilə investisiya almağa başlayıb.
Eləcə də bax: "Google" Hindistana 10 milyard dollar - SƏRMAYƏ QOYACAQ
FED.az xəbər verir ki, cəmi 3 aya o, ABŞ, Səüdiyyə Ərəbistan və Ərəb Əmirliyinin şirkət və investitsiyə fondlarının ümumilikdə 20 milliyard dollar investisıyalarını cəlb edib.
Jio Platformsun naliyyətləri
2010-ci ildə iş adamı Mukeş Ambani Hindistanda 4G-seti yaratmaq üçün Jio Platforms şirkətini yaratdı. İndi o, 64,5 miliyard varı-dövləti olan dünyada on ən varlı insanlar siyahıdadır,atasının 1973-cü ildə yaratdığı nəhəng hind xoldingi Reliance İndustriesin strukturuna Jio operatoru daxildir. Onun rəhbəri Ambani.
Ambani şirkətinin indiyədək əldə etdiyi uğurlar bunlardır:
2006-ci ildə iş adamı ərzaq, geyim və elektronika satan Reliance Retaili istehsala buraxdı.
Jio Platforms ölkədə 4G- şəbəkəsini ilk buraxandır və artıq 5G tətbiq edir və 6G üzrə işlər aparır.
2020-ci ilin may ayında operatorun xidmətindən 388 milyard istifadəçi istifadə edib.
Jio Platformsa qədər Hindistanda internet 20 faizi əhatə etmişdi, 2016-ci ildə şirkət həmin göstəricini 95 faiza qalxmasına nail oldu.
Operator yerli interneti ucuz edib: 1Qb-ın qiyməti 3,5 dollardan 20 sentə endirilib.
Xarici servislər hind bazarını gözdən keçirdən ərəfədə, Jio Platforms öz yaratdığlarını istifadəyə verdi: Bollivud filmlərlə Jio cinema onlayn-kinoteatr , musiqili striminq JioMusic servisi , xəbərverici JioXpressNews aqreqatoru.
Şirkət həmçinin smartfon və müxtəlif avadanlıqların yaradılmasına xərc qoyur. Onlardan biri virtual reallıq üçün Jio Glass eynəyidir.
«Jio Platforms»a pul yatıranlar
Analitiklər hesab edir ki, 2021-ci ildə neft maqnatının rəqamsal platforması lider ola bilər.
ABŞ, Səüdiyyə Ərəbistan və Ərəb Əmirliyindən olan sərmayə fondlarından savayı, «Jio Platforms» iri şirkətlər, «Facebook», «Google», «Qualcomm» da sərmayə ayırıb. Onların pulları müxtəlif məhsulların yaradılmasına sərf ediləcək:
«Google» şirkətilə birgə ucuz smartfonlar üçün Androidin uyğunlaşma versiyasını hazırlayacaq. Bu smartfonlar 5G-ni dəstəkləyəcək və «Google Play» mağaza əlavəsi ilə istismara buraxılacaq.
Qualcomm 5G daxil olmaqla, Hindistanda əlaqənin inkşafına əməkdaşlıq edəcək.
«Facebook» şirkəti isə Jio Platformsla birgə rəqamsal ekosistem yaratmaq və elektron ticarəti inkişaf etdirməyi planlaşdırır. Kiçik biznes üçün «JioMart» servisini isə «WhatsApp»la birləşdirmək istəyirlər, hansı ki, Hindistanda 400 million istifadəçisi var.
Bu planlar investorları şirkətə pul qoymağa həvəsləndirib. Təkcə son 3 ayda «Jio Platforms»a 20 milyard dollardan artıq pul yatırılıb. Şirkətin yeni investorları bunlardır
«Jio Platforms»a aprel-iyul aylarında yatırılan pullar
Fondlar Şəxsi şirkətlər
İnvestor Qoyulan məbləğ Şirkətin hissəsi
15.07. Alphabet(Google) l.4,5mlrd.dol. 7,3 faiz
12.07. Qualcomm Ventures 9,7 mln.dol. 0,15 faiz
3.07. Intel Capital 252 mln.dol. 0,39 faiz
18.06. Səüdiyyə Ərəbistan fondu 1,5 mlrd.dol. 2,32 faiz
13.06. L.Catterton 252mln.dol. 0,39 faiz
07.06. Abu Dhabi Investment Autority 756 mln.dol. 1,6 faiz
05.06. Silver Lake Partners 605 mln.dol. 0.93 faiz
06.06. Mubadala 1,2 mlrd.dol. 1,85 faiz
22.05. KKR 1,5mlrd.dol. 2,32 faiz
17.05.General Atlantic 878 mln.dol. 1,34 faiz
08.05.Vista Equity Partners 1,5 mlrd. 2,32 faiz
04.05.Silver Lake Partners 753 mln. 1,5 faiz
22.04.Facebook 5,8 mlrd.dol. 9,99 faiz
Ümümi məbəğ Məbləğ hissələri
20,198 mlrd.dol. 32,97 faiz
Niyə şirkətlər Jio Platformsa sərmayə qoyur
Ən böyük elektron ticarət bazarı Çindədir. Hər il onun onlayn-dövriyyəsi 672 milyard dollar qiymətləndirilir. Hind bazarı IBEF-ın 2020-ci ilə olan proqnozuna görə bir neçə dəfə azdır, sahibkarlara 120 milyard dollar gətirir (IBEF- Hind ticarət nazirliyinin fondudur).
Çində elektron kommersiya bazarı ildə 18 faiz artdığı halda, Hindistanda bu göstərici ildə 51 faizdir. Yəni bu ölkədə elektron ticarət daha sürətlə artır. Əhali sayı isə 1,36 milyard nəfərdir və 2019-cü ildə bunlardan 637 milyonu internetdən istifadə edib.
ABŞ və Çin arasında ticarət müharibəsi getdiyi bir vaxtda, Çin ABŞ-ın «Google», «Facebook» və digər iri servirlərini blok edib. Belə vəziyyətdə Hindistan qərbin iri İT-şirkətlərin inkişafı üçün sonuncu nəhəng və perspektivli rəqamsal bazarlardan biri olur.
Bundan savayı Hindistan özü də bir qədər əvvəl baş verən münaqişəyə görə, Çinin 59 tətbiqini və sosial şəbəkələrini, o cümlədən Tik Tok və Wechat-ı qadağan edib. Bu «Jio Platforms» və onun partnyorlarını həvəsləndirib. Hazırda «İnstagram» şirkəti Hindistanda «Reels» şəbəkəsini test etməkdədir. Bu «Tik-Tok»un hind analoqudur.
«Jio Platforms»un da daxil olduğu «Reliance İndustries» şirkəti «Forbs»un reytinq sırasında 123,8 milyard dollar vəsaitlə 58-ci yeri tutur. O Hindistanın ən böyük firmasıdır.