"Nissan"ın səhmləri şirkətin Direktorlar Şurasının sədri Karlos Qonun həbsindən sonra çərşənbə axşamı Tokioda birja ticarətinin açılışında kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, ticarətin ilk dəqiqələrində “Nissan"ın səhmləri 6,25% ucuzlaşaraq bir səhm üçün 943 yenə düşüb ki, bu da cari ilin ən aşağı göstəricisi hesab olunur.
Daha əvvəl “Nissan” “Mitsubishi” və “Renault” avtokonsernlərinin başçısı Karlos Qon Yaponiya maliyyə qanunvericiliyinin pozulmasında, konkret olaraq vergidən yayınmaq üçün şəxsi premiyalarını bilərəkdən aşağı göstərməkdə şübhəli bilinərək həbs olundu.
Ardından “Nissan” öz rərbəri Karlos Qonun həqiqətən premiyalarını bilərərkdən az göstərməsini qəbul etdi. Belə ki, daxili yoxlamalardan sonra şirkət Qona qarşı ittihamları təsdiq edən yazıları aşkar edib.
“Nissan” və “Mitsubishi” Direktorlar Şurası Karlos Qonun tezliklə istefasını tələb edəcək. “Renault”dan verilən məlumata görə isə, yaxın vaxtlarda Karlos Qonun həbsi ilə bağlı məsələnin Direktorlar Şurası tərəfindən müzakirə olanacağ.
Xatırladaq ki, Tokio prokurorluğu Karlos Qonla yanaşı Direktorlar Şurasının üzvü Qreq Kellini də həbs edib. Belə ki, 2011-2015-ci iilər ərzində hər iki şəxs vergidən yayınmaq məqsədi ilə öz premiyaları haqda məlumatları təxminən 50 mlrd yen (446,4 mln. ABŞ dollarına yaxın) az göstəriblər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.