London Metal Birjasında (LME) ticarət zamanı nikelin qiyməti 9 noyabr 2023-cü ildən bəri ilk dəfə bir ton üçün 18 min dolları ötüb.
FED.az xəbər verir ki, birjada nikelin qiyməti keçən il noyabrın 9-dan bəri ilk dəfə bu həddi keçib.
Qeyd edək ki, əslində birjalarda nikkel uzun müddətdən bəri ucuzlaşmaqdadır.
Belə ki, fevral ayında nikelin qiyməti 2020-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə enərək 16 min dollara düşmüşdü. Fevralın 7-də keçirilən hərracda nikkep ümumiyyətlə 15 600 dollar/ton olmuşdu.
Nikel 2023-cü ilin yanvar ayından, kotirovkaların 31,200 dollar/tona çatdığı vaxtdan ucuzlaşır.
Doğrudur, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyadan tədarükün kəsilməsi qorxusu fonunda nikkel kəskin bahalaşmışdı – həmin vaxt bir tonun qiyməti 48 078 dollara çatdı, hətta 2022-ci il martın 8-də ticarət zamanı qiymət qısa müddət ərzində 100000 dollarlıq həddi də vurdu, amma sonradan panika dayandı və qiymətlər enməyə başladı.
Bu həm də Çində koronavirusun yayılması ilə əlaqədar oldu.
Qiymətlərin tənzimlənməsinin digər amilləri arasında ekspertlər enerji böhranı ilə əlaqədar Avropada istehsalın azalması, ABŞ Federal Ehtiyat Sisteminin dərəcəsinin artması və Rusiyadan sabit nikel tədarükünün qorunmasını qeyd ediblər.
B1 konsaltinq şirkəti (Rusiyada keçmiş EY) 2023-cü ilin mart ayında verdiyi hesabatda 2025-ci ilə qədər beynəlxalq bazarda nikel qiymətlərinin 19% düşəcəyini proqnozlaşdırmışdı. Ekspertlər 2024-cü ildə orta qiymətin 20 680 dollar/ton, 2025-ci ildə 19 290 dollar/ton olacağını gözləyirdilər.