Cümə axşamı London Metal Birjasında (LME) ticarət zamanı nikelin bir tonunun dəyəri 2011-ci il may ayının 3-dən bəri ilk dəfə 25,3 min ABŞ dolları həddini keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə birja məlumatlarına istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 12:09-a olan məlumata görə, sözügedən metalın qiyməti 4,01% artaraq bir ton üçün 25,375 dollar təşkil edib. Saat 13:15-də isə nikelin qiyməti 25,325 dollara (+3,81%) ticarət edilərək yavaşlayıb.