Güclü tələb və məhdud təklif fonunda London Metal Birjasında (LME) alüminiumun qiyməti yeni rekord həddə – təxminən 3,6 min ABŞ dollarına çatıb. Nikelin qiyməti isə 2011-ci ilin maksimumuna yüksəlib.
FED.az xəbər verir ki, LME-də ticarət zamanı alüminiumun bir tonunun qiyməti 3 597 dollara çatıb ki, bu da yeni rekorddur. Nikelin qiyməti isə 2011-ci ilin səviyyəsinə çatıb.
Belə ki, nikel fyuçerslərinin qiyməti 6,7% artaraq bir ton üçün 26 788,5 dollara yüksəlib, ticarət zamanı qiymət hətta 27 min dollardan yuxarı qalxıb. (Apa)