Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 9 338 941 ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu miqdarda məhsulların dəyəri 4 milyard 631 milyon 311 min ABŞ dolları təşkil edib.Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 81,94%-ni tutub.Bu ilin 4 ayında ixrac olunan xam neftin miqdarı illik müqayisədə 44%, dəyəri isə 77% artıb.
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 1 893 203 kubmetr həcmində təbii qaz ixrac edib.İxrac olunan təbii qazın dəyəri 342 milyon 923 min ABŞ dolları olub.İlin 4 ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 11%, dəyəri isə 24% artıb.Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 6,07% təşkil edib.