Neftin hazırkı qiyməti Azərbaycanın daxili proqnozlarından 6 dollar çoxdur.
FED.az Azərtac -a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.
“Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur. Siz qeyd etdiyiniz kimi, strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir”, - deyə o əlavə edib.