Azərbaycanın neft-qaz layihələrindən daxil olan vəsaitlərin toplanıb idarə olunduğu Dövlət Neft Fondu bu vəsaitlərin bir hissəsini xarici birjalarda müxtəlif alətlərə və qiymətli kağızlara yatırır.
FED.az xəbər verir ki, yatırılan vəsaitlərin bir hissəsi dünyanın aparıcı şirkətlərinin səhmlərinin yer aldığı “MSCI World” indeksinə daxil olan şirkətlərin səhmlərində saxlanılır.
Dövlət Neft Fondundan FED.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, bu ilin ilk yıram ilinin sonuna (30 iyun 2024-cü il tarixinə) Neft Fondu dünyadakı 1430 şirkətin səhmlərinə 11 milyard 112 milyon dollar vəsait yatırıb. Bu şirkətlər 23 ölkəni və 11 sektoru əhatə edir.
«MSCI World» kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1430 şirkətin səhmlərini özündə birləşdirir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır»-deyə Neft Fondundan FED.az-a bildiriblər.
Fondun açıqladığı məlumata görə, hazırda Neft Fondunun ən çox vəsaiti «Microsoft», «Apple», NVİDİA, «Amazon», «Meta» (Facebook, İnstagram və Vatsap şəbəkələrinin sahibidir), «Alphabet» («Google»-nin sahibidir), «Vi Lilly&Co», «Broadcominc», «JP Morgan» və «Tesla» şirkətlərinə yatırılıb.
Bu 11 şirkətə ümumilikdə 2,8 milyard dollar pul yatırılıb, qalan vəsaitlər isə digər 1400 şirkətin səhmlərinə yatırılıb.
Qeyd edək ki, səhm indeksi - hər hansı region, ölkə, sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləri ehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur. Bu indekslərə nümunə olaraq “S&P 500” (ABŞ səhm bazarının 500 ən iri həcmli şirkəti), “STOXX Europe 600” (Avropanın inkişaf etmiş ölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), “NASDAQ 100 Technology Sector” (100 ən böyük texnologiya şirkəti) göstərmək olar.
Neft Fondunun yatırım etdiyi şirkətlərin səhmləri aşağıdakılardır: