Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hansı xarici valyutalara daha çox etibar etdiyi məlum olub. FED.az xəbər verir ki, fond 42 524,43 milyon dollarlıq aktivlərinin 54,7%-ni dollara sərmaye edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Belə ki, ötən il ARDNF-nin dollarda olan aktivləri 19 486,5 milyon dollar təşkil edirdi ki, bu da aktivlərin 50%-i demək idi.
Eləcə də bax:Dövlət Neft Fondu Amerikadan başqa – BÜTÜN REGİONLARDA İNVESTİSİYALARINI AZALDIB
Bu il fond dollarla yanaşı, Türkiyə lirəsi və Yapon yenində olan aktivlərini də artırıb.
Lakin Dövlət neft Fondu manatda olan aktivlərini əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, ötən ilin 9 ayında fond 12,64 mln dollarını manatda saxlamışdısa da bu il bu rəqəm 0,13 mln dollaradək azaldılıb.
Məlumat üçün bildirək ki, 2019-cu ilin 30 sentyabr tarixinə fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon dolları) nisbətən 10,4% artaraq 42 524,4 milyon dollara bərabər olub.