Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlara investisiyaları 42 milyard 583,372 milyon manat təşkil edib.
ARDNF “First Abu Dhabi Bank”da qısamüddətli depozit yerləşdirib
FED.az xəbər verir ki, Fondun illik hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,8 % azdır.
İl ərzində ARDNF-in səhmlərə investisiyaları isə 16,5 % artaraq 22 milyard 710,277 milyon manata çatıb.
Hesabat dövründə istiqrazlara investisiyaların qurumun akltivlərindəki payı 52,2 %-dən 41,5 %-ə düşüb, səhmlərə investisiyaların payı isə 20,35 %-dən 22,1 %-ə yüksəlib.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir. (Report)