Məlumatı təqdim edirik.
- ABŞ-Çin ticarət müharibələri;
- Facebook-un Libra proyektinin təqdim etməsi. Bu əsasən psixoloji faktordu lakin kriptovalyuta bazarına öz müsbət təsirini göstərdi;
- Bankların və iri korporativ şirkətlərin kriptovalyuta sektoruna investiya maraqlarının artması;
- Google, facebook və digər sosial şəbəkələrdə kriptovalyuta reklamlarına qoyulmuş məhdudiyyətlərin getdikcə aradan qaldırılması və yaxın gələcəkdə yeni kripto layihələrin (məs: Apple) buraxılacağı barədə elanlar.
- aktiv bitcoin cüzdanların sayı hazırda 2017-ci il ilə müqayisədə 3 dəfə azdır;
- bitcoin-tranzaksiyalar üzrə komissiya xərcləri 2017-ci il ilə müqayisədə daha aşağıdır;
- 2017-ci ildə google, facebook, twitter, linkedin və digər sosial şəbəklərdə kriptovalyuta ilə bağlı reklamlar daha aktiv aparılırdı. Qadağalar 2018-ci ilin əvvəlindən başlayaraq qoyuldu;
- Çin bazarı 2017-ci ildə kriptovalyuta bazarına əsas təsir edici faktor idi. Lakin Çin hökümətinin kriptovalyuta sektoruna tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən sonra 2019-cu ildə kritpvalyuta bazarına təsir mexanizmləri kifayət qədər azalıb.
- kriptovalyutalar və bunula bağlı olan layihələrə investisya edən investorlar 2017-ci il ilə müqayisədə daha təcrübəlidir. İnvestorların 2017-2019 illər üzrə kriptovalyuta sektoru üzrə baş verən yenilikləri və tendensiyaları izləmək imkanı olub;
- dövlətlər və beynəlxalq maliyyə tənzimləyici qurumları 2017-ci il ilə müqayisədə hazırda kriptovalyuta sektoru üzrə daha çox informasiyaya və təsir mexanizmlərinə malikdirlər. 2019-cu ildə investorların maraqlarının qorunması üzrə artıq bir çox normativ hüquqi sənədlər qəbul edilib. Misal üçün, dövlətlərin rəqəmsal aktivlər haqqında qanunları, kriptovalyuta birjaları və bu sektor üzrə xidmət göstərən şirkətlərin fəaliyyətlərini tənzimləyən aktlar və nəhayət FATF-ın tövsiyyələri.
Kriptovalyuta bazarı tənzimlənməyən bazar olduğundan hazırki qiymət artımı tendensiyasının hansı həddə qədər olacağını proqnoz vermək çox çətindir. Lakin böyük ehtimal ki, bitkoinin qiyməti növbəti psixoloji hədd olan 15000 dollara qalxana qədər yenidən korreksiya olunacaq. Paralel olaraq demək olar ki, bitkoinin qiyməti 6500 dollardan aşağı enməyəcək. İnvestorlar bitkoin və ya digər rəqəmsal aktivlərə qisamüddətli və ya uzunmüddətli mövqedə investisiya edirlər. Hazırda ən çox riski qisamuddətli qazanmaq istəyən investorlar daşıyır. Lakin təcrübə onu göstərir ki, bu sektorda daha çox qazanclı olanlar uzunmüddətli investisiya edən investorlardır. Yəni qiymətin aşağı həddində almaq və bahalaşanda satmaqdır. Bu mexanizm bütün dövrlərdə işləyib. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin. Çünki bu elə tip investisiya alətidir ki, onu istənilən an itirə və ya dəfərlərə çox qazana bilərsiniz.