Bitcoin-in qiyməti çərşənbə axşamı demək olar beşdə bir artıb. Təhlilçilər buna səbəb olaraq anonim bir alıcının böyük məbləğdə bitcoin almasını göstərir.
FED.az xəbər verir ki, Bitcoin aprelin 2-də sürpriz bir şəkildə yenidən gündəmə gəlib.
Krito valyutanın dəyəri qəflətən təxminən 20 faiz artıb.
Bu, Bitcoinin dəyərində son bir ildə bir gün ərzində ən böyük artımdır.
Belə ki, bu artımla elektron valyutanın dəyəri noyabr ayından bəri ilk dəfə olaraq 5 min dollara yüksəlib.
Artımın səbəbi dəqiq bəlli deyil.
Lakin təhlilçilər deyir ki, naməlum bir alıcı böyük məbləğdə Bitcoin sifariş verib.
ABŞ və Lüksemburqdakı mübadilə məntəqələrinin bir nəfər tərəfindən 100 milyon dollar dəyərində bitcoin alışını proses etdikləri deyilir.
Ekspertlər kriptovalyuta sektorunda bu addımı izah edəcək heç bir səbəb görmür.
Bitcoin-in qiyməti 2017-ci ilin sonunda investorların həvəsi səbəbilə 20 min dollaradək artmışdı.
Lakin maraq azalınca qiymət çökdü.
Hazırda kriptovalyuta kiçik hendcinq fondları, texnologiya firmaları və zəngin şəxslər tərədindən alınıb-satılır.
Bu ilin əvvəlində Bitcoin-in qiyməti 3-4 min dollar civarında sabit qalıb.