İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda "Naftalan Qənnadı" ASC-nin 30 faizlik səhm paketi satılıb.
Azərbaycanda 14 dövlət əmlakı özəlləşdirilib - MAŞINLAR, OBYEKTLƏR - SİYAHI
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, start qiyməti 5100 manat olan “Nissan Sunny” markalı avtomobilə edilən ən son təklif 8400 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 1000 manat olan “VAZ-21214” markalı avtomobil 3510 manata satılıb. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri, kiçi dövlət müəssisəsi və obyekti, nəqliyyat vasitələri üzrə növbəti hərraclar 11, 19 və 25 iyul tarixlərində keçiriləcək.