Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl dollar və avro qarşısında möhkəmlənib.
FED.az Birjanın məlumatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11:13-də dolların məzənnəsi 83,6 rubla (-0,48%), avronun məzənnəsi 91,7 rubla (-1,03%) düşüb.
Hərracın açılışında, Bakı vaxtı ilə saat 11:00-da dollar 83,9 rubl (-0,12%) səviyyəsində idi. Avronun məzənnəsi 1,52% azalaraq 91,25 rubl təşkil etmişdi.
Moskva birjasının indeksi Moskva vaxtı ilə saat 11:15-də 1,02% azalaraq 2 759,38 bənd, RTS indeksi 1,15% azalaraq 1 039,57 bənd təşkil edib. Birja ticarətinin açılışında Moskva birjasının indeksi 2 796,56 bənd (+0,32%), RTS dollar indeksi 0,28% azalaraq 1048,78 bənd təşkil etmişdi. (Marja)