Mayın 11-də Moskva Birjası “Qazax tengesi – Rusiya rublu” və “Ermənistan dramı – Rusiya rublu” valyuta cütləri üzrə hesablanmış fyuçers müqavilələri üzrə ticarətə başlayıb.
FED.az xəbər verir ki, birjanın məlumatına görə, yeni alətlər geniş müştərilərə - fiziki və hüquqi şəxslərə ünvanlanıb və həm aktiv ticarət strategiyaları, həm də valyuta risklərinin hedcinqi üçün istifadə oluna bilər.
“Qazax təngəsi – Rusiya rublu” məzənnəsi üzrə fyuçers müqaviləsinin ticarət kodu KZT-dir. Bir lot 100 min tenge, minimum qiymət addımı 0,001 rus rublu, qiymət addımının dəyəri 1 rubl təşkil edir. Müqavilənin icra qiyməti - Rusiya Bankının minimum qiymət addımına yuvarlaqlaşdırılmış, müqavilənin icra olunduğu gün müəyyən edilmiş məzənnəsinin dəyəri.
“Ermənistan dramı - Rusiya rublu” məzənnəsi üzrə fyuçers müqaviləsinin ticarət kodu AMD-dir. Bir lot 100 min dram, minimum qiymət addımı 0,001 rus rublu, minimum qiymət addımının dəyəri 1 rubl təşkil edir.
Müqavilənin icra qiyməti - icra günündə müəyyən edilmiş, minimum qiymət addımına yuvarlaqlaşdırılan Rusiya Bankının məzənnəsinin dəyəri.