Çərşənbə günü Moskva birjasının valyuta hərraclarında dollar və avronun məzənnələri fərqli dinamika nümayiş etdirir.
FED.az xəbər verir ki, birjanın Moskva vaxtı ilə saat 10:15-ə olan məlumatına görə, dollar 83,41 rubla yüksəlib (+0,12%), avronun məzənnəsi 91,15 rubla düşüb (-0,37%).
Hərracların açılışında dollar 83,31 rubl, Avronun məzənnəsi 91,30 rubl təşkil edtmişdi.
Moskva birjasının indeksi Moskva vaxtı ilə saat 10:15-ə 1,04% azalaraq 2 635,22 bənd, RTS indeksi 1,12% azalaraq 993,53 bənd təşkil edib. Birja ticarətinin açılışında Moskva birjasının indeksi 2 641,79 bənd (-0,79%), RTS dollar indeksi 998,92 bənd (-0,58%) təşkil etmişdi. (Marja)