Bu gün Moskva birjasında hərracların açılışında dolların məzənnəsi 78,03 rubla düşüb.
FED.az xəbər verir ki, avronun məzənnəsi 67 qəpik ucuzlaşaraq 85,58 rubl təşkil edib.
Çərşənbə günü Moskva birjasında keçirilən hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 15,75 qəpik ucuzlaşaraq 78,03 rubl təşkil edib.
Avronun məzənnəsi 67 qəpik ucuzlaşaraq 85,58 rubl təşkil edib.
Öz növbəsində, yuanın məzənnəsi faktiki olaraq dəyişməz qalıb və 11,24 rubl (+0,1 qəpik) təşkil edib.